Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Prezident Banqladeşin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNİB/FOTOLAR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

Yenixeber.org xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Səfir Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Banqladeş dövlətinin başçısına çatdırmağı xahiş edib.

Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğulayıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Amanul Haq ikitərəlfi münasibətlərlə bağlı xoş sözlərə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.

***
Prezident İlham Əliyev oktyabrın 31-də Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam