Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Şərab zavodunda baş verən yanğın söndürüldü

 

Tovuzda yanğın hadisəsi baş verib.

Yenixeber.org xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Şəhərdə yerləşən şərab zavodunda anidən yanğın olub. Hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın güclü olduğundan qonşu Şəmkir, Ağstafa və Qazax rayonlarından yanğınsöndürən avtomobillər və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürlüməsi istiqamtində işlər gedir.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.

Rayonun Qovlar şəhərindəki keçmiş Şərab Zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.

Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.

Baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın söndürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam