Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Prokuror gömrükçülərə bəraət verilməsinə etiraz etdi

 

Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi sentyabrın 29-da bəraət hökmü çıxarıb.

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayevin isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci maddələri ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmü isə dəyişdirilmədən saxlanılıb.

Bununla bağlı oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam