Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Kamran Əliyev litvalı həmkarı ilə görüşüb -FOTOLAR

Baş prokuror Kamran Əliyev Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskienenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Baş Prokurorluğun yaydığı məlumata görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskienenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokuror Kamran Əliyev hüquqi sahədə ikitərəfli əməkdaşlığın güclədirilməsinin vacibliyindən, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışıb. İki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinin vacibliyi vurğulanıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətindən danışan Baş prokuror, hər iki beynəlxalq tədbirin ölkələrarası münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli platforma olduğunu qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən xanım Nida Qrunskiene, prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam