Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu-FOTO

 

İran dövlət televiziyasının "Üfüq" kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini "Şimali Azərbaycan" adlandırıb.

Eyni zamanda, o, Azərbaycanın İranın "keçmiş əziz parçası" olduğunu dilə gətirərək deyib ki, inşallah, tezliklə Azərbaycan İrana birləşər.

Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə efirdə Azərbaycan telekanalının aparıcısının sözlərini ikiüzlülüklə tənqid edərək demişdi: "azərbaycanlı aparıcı bilməlidir ki, İran hökuməti istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam