Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

“Formula” başladı, bu yollar tam bağlandı –SİYAHI

 

Bu gündən – 13 sentyabr tarixindən “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” start götürüb.

Yenixeber.org xəbər verir ki, Bakı şəhər trekində keçirilən və əsas yarışları 15 sentyabrda baş tutacaq Qran Pri ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra əsas yollarında hərəkət tamamilə məhdudlaşdırılıb.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir.

Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” verilir.

Qoyulan məhdudiyyətlər sentyabrın 17-ə kimi davam edəcək.

Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə “Formula 1” Azərbaycan Qran Prisi baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam