Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

İtaliya Prezidenti: Çernobbio Forumu qitə üçün bir fürsətdir

 

Bu forum qitə üçün bir fürsətdir, çalışırıq belə tədbirləri keçirərək fikir və təklifləri bölüşək.

Yenixeber.org-un məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Mattarella “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda onlayn çıxışı zamanı deyib.

“Qərarlarımız Aİ çərçivəsində yekdil olmalıdır. Birmənalı olaraq bu gün biz həmrəylik dəyərlərini davam etdiririk. Biz bilirik ki, bu forum Avropanın siyasi səhnəsində uzunmüddətli bir layihədir", - o qeyd edib.

İtaliya prezidenti vurğulayıb ki, sülh səyləri dayanmamalı, həmçinin islahatlar davam etdirilməlidir:

"Bəzi hallarda Aİ-nin bir sıra üzvləri elə vəziyyətdə qalırlar ki, qəbul edilməyən seçimlər edirlər. Bəziləri bunu iqtisadi və siyasi məsələlərlə əlaqələndirirlər. Biz bu uzun yolda irəliyə gedərkən bir-birimizin maraqlarını nəzərə almalı, Aİ-nin maliyyə durumunu fikirləşməliyik. İtaliya Aİ-yə müraciət edərək yaşıl keçidə daha böyük diqqət yetirilməsinə çalışır. Həmçinin süni zəka sahəsinə, onun inkişafına diqqət yetirilməlidir, sülh üçün səylər dayanmamalıdır".(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam