Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı iş adamı Rusiyada saxlanılıb -Onun 20 il əvvəl kriminal avtoriteti öldürtdüyü bildirilir

Moskva vilayətinin Mıtişi şəhərində 20 il əvvəl törədilmiş qətldə ittiham olunan şəxs həbs edilib.

Yenixeber.org: Rusiya mediası xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə baş istintaq idarəsinin rəsmi kanalı məlumat yayıb.

“Cəsədin basdırıldığı yer və hadisənin baş vermə şəraiti barədə məlumat daxil olub, bundan sonra müstəntiqlər və kriminoloqlar Rusiyanın Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Moskva vilayəti üzrə regional bölməsinin “İrs axtarışı” qrupunun iştirakı ilə dərhal qazıntı işləri aparıblar və kişi skeletinin qalıqlarını aşkar ediblər”, - idarədən bildiriblər.

Şübhəlinin Korolyov şəhərindən olan 57 yaşlı iş adamı olduğu üzə çıxıb. Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Hazırda həmin şəxsə qarşı artıq ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Müstəntiqlərin fikrincə, 2003-cü ildə iki qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından xərac alınması ilə bağlı münaqişə yaranıb.

2003-cü il mayın 16-da təqsirləndirilən şəxs bir təşkilat qrupunun nümayəndəsi kimi aldatma yolu ilə digər qrupun liderini silahdaşlarının Korolyovda pusqu qurduğu məkana gətirib. Onlar növbə ilə adama atəş açıblar. Sonra meyiti palaza büküblər, ofisdən çıxararaq Puşkinski rayonundakı meşə zolağında basdırıblar.

İdarədən əlavə ediblər ki, cinayət işi üzrə işlər davam etdirilir, bir sıra ekspertizalar təyin edilib. Qətlin qalan ortaqlarının kimliyi müəyyənləşdirilir.

Telegram 112 kanalının məlumatına görə, şübhəli şəxs hörmətli iş adamı və xeyriyyəçi Qalib Yusubovdur. Aktiv vətəndaş mövqeyinə və xeyriyyəçiliyinə görə o, mükafat və tərifnamələrə layiq görülüb.

Q.Yusubov azərbaycanlıdır, diaspor fəalı kimi tanınır. O, 2018-ci ildə Putinin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün yaradılan qərargahın üzvü olub.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam