Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər” -MƏHKƏMƏ

necmeddin-sadikovun-qanunsuz-tapsiriqlarini-yerine-yetiribler

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri - Fikrət MirzəyevMahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenixeber.org: Məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Müdafiə tərəfinin vəkilləri vəsatət qaldıraraq müvəkkillərinin ev dustaqlığına buraxılmalarını xahiş ediblər. Vəsatət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxslər öz epizodları üzrə dövlətə dəymiş ziyanı tam ödəyiblər. Bundan başqa, müttəhimlərin bəlli bir yaşayış yerləri var, həmçinin istintaqın gedişinə mane olmaq fikirləri yoxdur.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsinin əleyhinə olub. Prokuror etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslər iştirakçılıqla xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilirlər. Hazırki vaxta qədər isə iş üzrə dövlətə dəymiş ziyan tam ödənilməyib.

Yaddaş üçün deyək ki, polkovniklərlə birgə Müdafiə Nazirliyinin maliyyə idarəsinin sabiq rəisi general Nizami Məmmədov da həbs edilib. Gələn həftə onun məhkəməsi başlayacaq. Bu günə kimi ümumilikdə iş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.

Məhkəmə vəsatətləri təmin etməyərək təqsirləndirilən şəxslərin həbsdə mühakimə edilməsinə qərar verib.

İş materiallarında yazılıb ki, ittiham olunan şəxslər Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.

Təqsirləndirilən polkovnik Məlikməmməd Qurbanovun vəkili Ceyhun Məmmədov bu məsələyə də münasibət bildirib: “İttihamda deyilir ki, müvəkkilim digərləri ilə əlbir olub sabiq baş qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə ifadəsi alınıb”.

Məhkəmə hazırlıq iclasının predmetinə daxil olmadığı üçün məsələyə münasibət bildirməyib.

İş üzrə baxış iclası sentyabrın 15-ə təyin edilib.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.(“Qafqazinfo”) 

Sail Ağasəlim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam