Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ümit Özdağ Türkiyənin Daxili İşlər naziri ola bilər

“Söz verirəm ki, suriyalıları daxili işlər naziri kimi göndərəcəyəm”.
Yenixeber.org: Bunu Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Tvitterdə yazıb.

“Lakin təkcə suriyalılar yox, Türkiyəni dünyanın əyləncə parkı hesab edən, qadınlarımıza cariyə kimi baxan, küçələrimizi narkotik cənnətinə çevirən, cihadçı təşkilatlanmalar edən, ildə 11 milyard dollarımızı yeyən hər kəs gedəcək. Bu gün saat 11:00-ı (Bakı vaxtı ilə 12:00) gözləyin”, - o bildirib.
Qeyd edək ki, Zəfər Partiyasının tərkibində olduğu ATA alyansının namizədi prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. Ü. Özdağ isə onun bu qərarının Zəfər Partiyasına aidiyyəti olmadığını bildirib.
Ümit Özdağın bu gün “Millət” ayansının namizədi Kamal Kılıçdaroğluna dəstəyini açıqlayacağı gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam