Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaşinqton Kiyevin Rusiyaya kütləvi zərbələr endirmək planlarının qarşısını alıb-KİV

 

Vaşinqton Kiyevin müharibənin ildönümündə Rusiyaya kütləvi zərbələr endirmək planlarının qarşısını alıb.

Yenixeber.org:  Bu barədə KİV-ə sızdırılmış məxfi sənədlərdə bildirilib.

Nəşrin məlumatına görə, ukraynalı general Kiril Budanov rəhbərlik etdiyi Hərbi Kəşfiyyat İdarəsi rəsmilərini fevralın 24-də bütün mümkün vasitələrlə Rusiya ərazisində “düşmənin dərinliklərinə” kütləvi zərbələr endirmək göstərişi verib. ABŞ Milli Təhlükəsizlik İdarəsinin məxfi sənədlərinə görə, əsas zərbələrdən biri Rusiyanın Qara dəniz sahilindəki liman şəhəri Novorossiysk olmaqla törədilməsi planlaşdırılıb. Nəşrin məlumatına görə, bu əməliyyat Ukraynanın ölkə sərhədlərindən kənarda əməliyyat planlaşdırmaq qabiliyyətini də nümayiş etdirməli idi.

Bununla belə Vaşinqtonda ukraynalıların planları gizli şəkildə müşahidə edən ABŞ rəsmiləri bu cür kütləvi zərbənin Kremli aqressiv reaksiya verməyə təhrik edəcəyindən narahat olublar.

Fevralın 22-də, müharibənin ildönümündən iki gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) gizli sənədlər yayaraq Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin Vaşinqtonun zərbələri təxirə salmaq tələbini qəbul etdiyini açıqlayıb.

Məqalədə eyni zamanda, ABŞ-ın general Kiril Budanovu gizli şəkildə izlədiyi, lakin sonuncunun bundan xəbərdar olduğu, bu səbəblə kabinetində bəzən musiqi açdığı və statik səslərdən istifadə etdiyi qeyd edilib.

Nəşrin məlumatına görə, Ukrayna Rusiya ərazisi ilə yanaşı Moskvanın əsas hərbi podratçısı “Wagner”ə qarşı Malidə və kürdlərin köməyi ilə Suriyada əməliyyatlar həyata keçirməyi planlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam