Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə yaşayış evləri zəlzələdən zərərçəkənlərə təhvil verilir -FOTOLAR

Türkiyənin Qaziantep vilayətində yerləşən Nurdağı rayonunda "ağıllı kənd" layihəsi çərçivəsində tikilən evlər bu gün zəlzələdən zərərçəkənlərə təhvil veriləcək. 

Yenixeber.org: Bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum özünün "Twitter" hesabında paylaşım edib. 

“Biz tuta bilməyəcəyimiz heç bir vəd vermirik. Əsrin fəlakətindən 76 gün sonra ilk kənd evlərimizi bu gün təhvil veririk. İnşallah 319 min evin açarı da 365-ci gündə zərərçəkənlərin əlində olacaq", - deyə nazir bildirib. 

Qeyd edək ki, zəlzələlər nəticəsində böyük ziyan görən Nurdağıda zərərçəkənlərə ilk daimi yaşayış yerlərinin təhvil verilməsi üçün bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mərasim keçiriləcək. 

Məlumata görə, Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və AFAD-ın koordinasiyası ilə şəhərdən 15 kilometr uzaqlıqdakı Belpınar Məhəlləsində 14 ev tikilib. Evlərin tikintisi 44 gün ərzində tamamlanıb. Bu, 6 fevral 2023-cü il zəlzələsindən sonra təhvil veriləcək ilk daimi yaşayış yeridir. Layihə çərçivəsində zəlzələdən sonra təhvil veriləcək ilk kənd məscidinin də tikintisi başa çatıb.

 

    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam