Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaçmazda hədə-qorxu ilə pul  tələb edən şəxs saxlanılıb -FOTO

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən  məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini  Abdul Əlislamov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və  yayacağı 
hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.

Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını  oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub.

Həmçinin  məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Abdul Əlislamovun barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam