Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran vətəndaşından 2 kq-dan çox heroin alan şəxs saxlanıldı -Fotolar


Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Elçin Əliyev saxlanılıb.

Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E. Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan ümumi çəkisi 2 kq 0.45 qram “heroin” aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun narkotik maddəsni İran vətəndaşından aldığı müəyyən olunub. Dindirilimə zamanı E. Əliyev ifadəsində narkotiki İran vətəndaşından aldığını və pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bununla da Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 4 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb ki, bunun da 2 kq-nı güclü təsir edici narkotik maddə təşkil edir.
 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam