Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ASAPES-də Milli Müdafiə Universitetinin rəhbər şəxsləri ilə görüş keçirilib -FOTOLAR

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universitetinin rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) görüş keçirilib.
Yenixeber.org: Əvvəlcə Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə qonaqları Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.
Konfrans zalında keçirilən görüşdə ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, Maliyyə, təsərrüfat və inzibati işlər üzrə prorektor Rizvan Əliyev, Elmi katib Bəxtiyar Rüstəmov, Hərbi elmi-tədqiqat İnstitutunun rektoru, polkovnik Arif Həsənov və akademik heyət iştirak edib.
Görüş zamanı Akademiyada həyata keçirilən tədbirlər və layihələr, Elmi-tədris laboratoriyasının iş fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr çərçivəsində Akademiyanın fəaliyyət istiqamətləri üzrə gələcəkdə işbirliyinin qurulması və inkişafı məqsədilə əməkdaşlıq haqqında ikitərəfli Memorandumun imzalanması da nəzərdə tutulan iş planına daxil edilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam