Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əvəz Zeynallı DTX-nin istintaq təcridxanasından köçürülür


Yanvarın 31-də “Xural TV”nin təsisçisi, həbsdə olan Əvəz Zeynallının xanımı Məlahət Qisuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında növbəti etiraz aksiyasını keçirib.
Yenixeber.org: O, Ə.Zeynallanın istintaq təcridxanasından telefonla danışmasına və qohumları ilə görüşünə qoyulan qadağanın ləğvini, evlərində axtarış zamanı götürülən ofis avadanlığının, habelə ailənin övladlarının təhsili üçün nəzərdə tutulan pulların geri qaytarılmasını tələb edib.

Bundan əlavə, M.Qisuri jurnalistin katarakta əməliyyatı olması üçün şərait yaradılmasını tələb edib. M.Qisuri bu gün də eyni tələbləri səsləndirib.
Bildirilib ki, aksiyadan sonra onu İstintaq İdarəsinə, rəis müavini Qasım Məmmədov ilə qəbula dəvət ediblər.
Prokurorluqdan çıxdıqdan sonra M.Qisuri bildirib ki, bu gün həyat yoldaşını Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürürlər və sabah orada onunla görüşə biləcək.
Sabah M.Qisuri öz kompüterini, diktofonunu və mobil telefonunu ala biləcək. Lakin pul vəsaitinin qaytarılması məsələsi həllini tapmayıb.
“Bu pul Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Ə.Zeynallıya təyin edilmiş kompensasiyadır. Amma prokurorluqda deyirlər ki, siz pulu apreldə aldınız və sentyabra qədər xərcləməliydiniz. Arqument yumşaq desək, tutarlı deyil. Biz ailə büdcəsini özümüz idarə edirik və uşaqlarımızın təhsil haqqını ödəmək üçün pul saxlamışıq”, - M.Qisuri deyib.
Göz əməliyyatına gəlincə, prokurorluqdan bildiriblər ki, bu məsələ qurumun səlahiyyətində deyil. Bununla bağlı M.Qisuri Penitensiar Xidmətə müraciət etmək niyyətindədir. Həmçinin Ə.Zeynallının ev dustaqlığına keçirilməsi barədə vəsatət  verilib.
Qeyd edək ki, sentyabrın 10-da Vəkil Elçin Sadıqov və “Xural TV”nin təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi E.Sadıqovu ev dustaqlığına keçirib. Sonradan Ə.Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Ə.Zeynallının həbs müddəti 3 ay uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam