Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Son iki ildə mina və partlamamış hərbi sursatlardan təmizlənmiş sahə açıqlanıb

 "2021-2022-ci illər ərzində ümumilikdə 63 min ha-dan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib".
Yenixeber.org: Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin müddətdə bir çox strateji layihələr başa çatdırılıb: “2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb. Ötən il ərzində çox mühüm layihə olan Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin, o cümlədən Horadiz-Ağbənd avtomobil yolunun təmizlənməsi başa çatdırılıb. Bizim fəaliyyətimiz işğaldan azad olunan ərazilərdə icra olunan layihələri müşayiət etməkdən ibarətdir. Hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunacaq layihələr və ərazilər təsdiq olunur. Biz də buna uyğun olaraq təmizləmə əməliyyatlarını həyata keçiririk”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam