Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna korrupsiya qalmaqalı fonunda köklü islahatlara söz verib

 

 Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, korrupsiya ilə bağlı səs-küylü ittihamlarla bağlı kadr dəyişiklikləri ən yüksək və ən aşağı ranqlarda  aparılır.

“Yenixeber.org” euronews-a istinadən məlumat verir ki, uzun müddət sarsıntılı idarəçilik tarixi olan Ukraynada yeni qalmaqalla bağlı xəbərlər Qərbin Kiyev hökumətinə olan həvəsini azalda bilər.

Həftə sonu antikorrupsiya polisi infrastruktur nazirinin müavinini keçən sentyabr ayında generatorların idxalına görə 367.000 avro geri almaqda şübhəli bilinərək həbs edib. Baxmayaraq ki, nazir bu ittihamı rədd edir.

Ayrı-ayrılıqda, bir qəzet araşdırması nəticəsində Müdafiə Departamentini cəbhə xəttindəki qoşunları ərzaqla təmin etmək üçün şişirdilmiş qiymətlərlə müqavilələr imzalamaqda ittiham etdi. Təchizatçı bunun səhv olduğunu və pulun əldən-ələ ötürülmədiyini bildirdi.

Ukraynanı lərzəyə gətirən qalmaqallar Avropa ölkələrinin bütün ordu qüvvəsi olan Alman Leopard 2 tanklarının Kiyevə təhvil verilməsi ilə bağlı mübahisə etdiyi bir vaxta təsadüf edir. Ukrayna deyir ki, onların Rusiya xətlərini aşmaq və əraziləri geri almaq üçün ona ehtiyacı var, baxmayaraq ki, bəzi Avropa rəsmiləri onların gətirilməsinin münaqişəni gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edir.

Zelenski “Xalqın xidmətçisi” partiyasının rəhbəri David Arakhamia deyib ki, rəsmilər “müharibəyə diqqət etməli, həlak olanların ailələrinə kömək etməli, bürokratiyanı azaltmalı və şübhəli biznesi dayandırmalıdırlar.

“Biz mütləq bu yaz fəal şəkildə həbsləri həyata keçirəcəyik. Əgər humanist yanaşma nəticə verməsə, hərbi vəziyyət çərçivəsində hərəkət edəcəyik” – deyə, Ukrayna başçısı bildirib.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam