Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranlı etirazçılarla həmrəylik mitinqləri və Tehranda Fransa əleyhinə aksiya -Avropada

Minlərlə London sakinləri iranlı etirazçılarla həmrəy olaraq küçələrə axışıb.

“Yenixeber.org” “euronws”-a istinadən xəbər verir ki, Mərmər tağına toplaşanlar əllərində İranın inqilabdan əvvəlki bayraqları və İslam Respublikası hakimiyyəti tərəfindən hökumət əleyhinə etirazların sərt şəkildə yatırılmasını tənqid edən plakatlar tutublar.

Bazar günü Britaniya paytaxtı da düz 3 il əvvəl İranın hava hücumundan müdafiəsi tərəfindən vurulan Ukraynanın Boeing təyyarəsinin həlak olan sərnişinlərini yad edib.

Fransanın üçüncü böyük şəhəri Lionda nümayişçilər vətənində insan haqlarının pozulmasına etiraz olaraq siyasi intihar edən iranlıya ehtiramlarını bildiriblər. Terro Meydanında eşidilənlər belədir: "Körpüdən Rona çayına düşən həmyerlimizin adı Məhəmməd idi, İranda asılanlardan birinin adı da eyni idi. Onun cəmi 22 yaşı var idi. Bilirsiniz, bu rejimin qurbanına çevrilən nə qədər gənc var?”

“Ayıb olsun!”, “Fransa, düşmənçiliyi dayandır!” – bu cür şüarlarla narazı iranlılar 5-ci respublikanın Tehrandakı səfirliyi qarşısına çıxıblar.

AFR-in məlumatına görə, əsasən şiə seminariyalarının tələbələrinin iştirak etdiyi aksiyaya səbəb “Charlie Hebdo” satirik həftəlik jurnalında Ayətullah Əli Xamneyinin yeni karikaturalarının dərci olub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam