Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zaxarova Paşinyanın sülhməramlı tənqidini "yersiz" adlandırdı

Zaxarova Paşinyanın sülhməramlı tənqidini  "yersiz"    adlandırdı   
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti haqqında danışıb.
Yenixeber.org: O, Laçın dəhlizi problemi ilə bağlı sualı cavablandırarkən rus hərbçilərin tənqidini yersiz adlandırıb.
"Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları bölgədəki vəziyyətin həlli üçün əlindən gələni edir. Heç bir ictimai hücum bu işlərə kömək etmir. Vəziyyətlər daha pis idi. Biz vəziyyəti yaxşılaşdırmaq üçün çalışırıq",- Rusiya XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu yaranmış vəziyyətlə bağlı aydın şəkildə izahat verməyə çağırmışdı.
Paşinyan həmçinin sülhməramlı kontingenti Qarabağda guya hansısa "etnik təmizləmə"yə səssiz şahid kimi baxdığı üçün qınayıb. Baş nazirin sözlərini şərh edən Zaxarova isə deyib ki, görəsən, Rusiya sülhməramlıları olmasaydı, durum daha yaxşı olardımı?! sualını verib. Onun fikrincə, özü ünvanladığı suala cavab da aydındır. Bu cür fikirlər səsləndirmək yer üzündəki həqiqətləri dərk etməmək deməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam