Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran indi də uşaqları edam edir

İran indi də uşaqları edam edir
İranda vəziyyət gərgin olaraq qalır. Rəsmi Tehran kütləvi etiraz aksiyalarına qatılanların gözünü qorxutmaq üçün vətəndaşları ya həbsə atır, ya müəmmalı şəkildə aradan götürür, ya da ölüm hökmünə məhkum edir.
Yenixeber.org: Hətta 2 günə ona yaxın etirazçının öldürüldüyü deyilir ki, bununla bağlı beynəlxalq təşkilatlar etiraz bəyanatları yayırlar. Məsələn, "Amnesty İnternational" oktyabrın 26-27-də ölkənin dörd vilayətində azı səkkiz etirazçının və onların yas mərasiminə qatılanların öldürülməsindən sonra BMT-ni İrana qarşı "sərt tədbirlər" görməyə çağırıb.
Bundan başqa, molla rejimi aksiyalara görə baş tutan uşaq qətliamlarını da ört-basdır edir.
“Amnesty International” İran hökumətinin etiraz aksiyalarının qurbanı olan uşaqların ailələrini susmağa, onların yaxınlarının ölümünə görə məsuliyyətdən azad edən bəyanatlarla razılaşmağa məcbur etdiyi, ailələrə ciddi təzyiqlər göstərdiyi ilə bağlı faktları sənədləşdirib.
Öldürülən azyaşlılar haqqında bəzi məlumatlar isə belədir: Ölənlərdən 44-ü 18 yaşına çatmamış uşaq və ya yeniyetmədir. 44 uşaqdan 18-i bəluc, 10-u kürd, 60%-i İranın sünni azlığına mənsub bölgələrinin nümayəndələridir.
Ölənlərin böyük əksəriyyəti (44 nəfərdən 39-u) oğlanlardır, ən kiçiyinin iki yaşı var. Onlardan 34-ü odlu silahla vurulub. Qeyd edək ki, İranda etiraz aksiyalarında ölənlərin sayı ən azı 448 nəfər göstərilir.
“Amnesty International” həmçinin həyəcan təbili çalaraq bəyan edib ki, yeni edam qərarlarında uşaqların da adları var: "İranda ümummilli etirazlarla əlaqədar 3-ü uşaq olmaqla azı 28 nəfər edam oluna bilər. Artıq 6 nəfər saxta məhkəmələrdə edam cəzasına məhkum edilib. Rejim insanlarda qorxu yaratmaq və xalq üsyanına son qoymaq üçün ölüm hökmündən istifadə edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam