Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AFFA-nın vitse-prezidenti:"İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

 

"İddiamız böyük olmalıdır ki, biz də böyüyək".

Yenixeber.org: Bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.

63 yaşlı mütəxəssis yığmanın qarşılaşmalaradək tam hazır vəziyyətə gətirilməli olduğunu bildirib: "Bizə tanış rəqiblər düşüb. Kağız üzərində favorit və autsayder də bəllidir. Ancaq ən vacibi odur ki, yığma UEFA Millətlər Liqasındakı uğurlu çıxışını davam etdirmək üçün tam hazır vəziyyətdə olsun. Bunu dərk etmək lazımdır. Hazırda Avropada zəif kollektiv yoxdur. Komanda rəhbərliyi və futbolçular bunu başa düşürlər".

Sadıqov millinin seçmə mərhələdə toplayacağı xalla bağlı öncədən fikir bildirməyin çətin olduğunu söyləyib: "Yığma qarşısında hədəf qoyulmalıdır. Püşkatmadan sonra artıq bu yöndə müzakirələr başlayıb. Bizim və rəqiblərin potensialı nəzərə alınaraq hədəf müəyyənləşdirilməlidir. Hesab edirəm ki, böyümək üçün hədəflər də böyük olmalıdır. Komandamız da bunu dərk edib başa düşməlidir".

Vitse-prezident 2005-ci ildə yığmanın baş məşqçisi olduğu dönəmdə Avstriya ilə Bakıda qolsuz heç-heçə etdikləri DÇ-2006-nın seçmə matçını da xatırlayıb: "O vaxtdan sonra çox dəyişiklik baş verib. Həmin dönəmdə Avstriyanın Bakıda son şansı idi. İddialı idilər və qələbə qazanacaqları halda mübarizəni davam etdirəcəkdilər. Amma indi biz sıfırdan başlayırıq. Necə olacağını gələcəkdə görəcəyik. Hansısa rəqib bu gün üstün görünə bilər, amma bu, kağız üzərindədir".

AFFA Məşqçilər Komitəsinin sədri son olaraq Estoniya millisinin baş məşqçisi Tomas Heberlinin "Azərbaycan millisi bizimlə eyni səviyyədədir" fikrinə münasibət bildirib: "Hər komandaya hörmətlə yanaşmaq lazımdır. Kimin güclü olub-olmadığını oyunlarda sübut etməyə çalışmalıyıq".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam