Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qarabağ”ın azarkeşlərinə hücum olub-VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlərə hücum olub
Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi “Qarabağ”ın azarkeşləri xoşagəlməz halla üzləşib.
Yenixeber.org: Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, matçın baş tutacağı stadiona yollanan 20-yə yaxın azərbaycanlı azarkeş “Olimpiakos”un fan-klubunun hücumuna məruz qalıb.
Yalnız polisin müdaxiləsindən sonra onların təhlükəsizliyini təmin etmək mümkün olub. Təhlükəsizlik əməkdaşları bundan ötrü gözyaşardıcı qazdan da istifadə edib. Məsələyə “Qarabağ” rəhbərliyi də biganə qalmayıb. Ağdam təmsilçisinin müdaxiləsindən sonra “Qarabağ” azarkeşləri təhlükəsiz sektora yerləşdirilib.
Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam