Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sənan Qurbanov:"Sürix" "Qarabağ"ın qarşısında aciz idi"

 

"Bakıdakı matçın ilk hissəsində "Sürix" "Qarabağ" qarşısında aciz idi".

Yenixeber.org: Bunu  "Qəbələ" və "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov "köhlən atlar"ın səfərdə İsveçrə təmsilçisinə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl deyib.

42 yaşlı mütəxəssis "Qarabağ"ın rəqibdən hərtərəfli üstün olduğunu bildirib: "Komandadan gözləntilərim böyükdür və mərhələni keçəcəklərinə ümid edirəm. "Qarabağ"ın I təsnifat mərhələsində Polşa çempionu "Lex"ə 5 qol vurması onların gücündən xəbər verir".

Qurbanov "Sürix"in doğma meydan amilindən yararlanmağa çalışacağını söyləyib: "Qarabağ" belə təzyiqli oyunlardan çıxdığı bacarıb. Gənc kollektiv olsaydı, təzyiq altında çıxış etmək futbolçuları və məşqçiləri stressə sala bilərdi. Amma "Qarabağ"ın baş məşqçisi və futbolçuları bu yöndə daha təcrübəlidir. Komanda 8 ildir ki, avrokubokların qrup mərhələsində oynayır. Artıq həmin formanın da bir sehri var. "Sürix" doğma meydanda yaxşı nəticə qazanmağa çalışacaq, amma düşünürəm ki, üstünlük "Qarabağ"ın tərəfindədir".

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam