Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məktəblərində aparılan monitorinqlərin nəticəsi açıqlanıb -Bakı

Bakı məktəblərində aparılan monitorinqlərin nəticəsi açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb.

Yenixeber.org: İdarədən bildirib ki, monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilib və aşkarlanan nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülüb.

Qeyd olunub ki, sıradan çıxan radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək bu barədə müvafiq qaydada müraciət olunub və təxirəsalınmaz tədbirlər görülüb: "Bundan əlavə, məktəblərin tüstü bacalarında müvafiq qurumlarla birlikdə təmizlik işləri, həmçinin qapı pəncərələrin zəruri təmiri həyata keçirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçılar da mütəmadi olaraq təlimlərdə iştirak edirlər".

"Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilən problemlərin aradan qaldırılması istiqamətində görülən işlərlə yanaşı, cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır. Mövsüm ərzində hər hansı problem yaranarsa, onlar da operativ həll olunur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - nazirlikdən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam