Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniyada -azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olunub

Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olunub

Almaniyanın Qreven şəhər Prokurorluğu ötən gün yaşadığı qaçqın yataqxanasında 35 yaşlı Azərbaycan Respublikası vətəndaşının öldürülməsi işi üzrə cinayət işi ilə bağlı məlumat yayıb.

Yenixeber.org: Prokurorluqdan Qətlə yetirilən 35 yaşlı Elmir Fərzəliyevlə, qətldə şübhəli bilinən 25 yaşlı Əfqanıstan vətəndaşı eyni yataqxanada yaşayıblar. İyulun 4-də tərəflər arasında yaranan mübahisə çox keçmədən davaya çevrilib. Əfqanıstan vətəndaşı cibində gəzdirdiyi bıçaqla E.Fərzəliyevin müxtəlif bədən nayihələrinə zərbələr endirməyə başlayıb. Hadisə yerindən qaçan şəxsi saxlamağa çalışan 43 yaşlı Almaniya vətəndaşı da ağır yaralanıb.

Hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəldikdən sonra qaçan şəxsin axtarışı elan edilib. Qreven polisi axtarış əməliyyatına avtomobil və motosikletli 30-a yaxın şəxsi heyəti və 1 helikopteri cəlb edib. Nəticədə qaçan şəxs tezliklə tapılaraq, istintaqa təhvil verilib.

Qreven prokurorluğundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin narkotik maddənin təsiri altında olması araşdırılır.

Məlumatda həmçinin qeyd olunur ki, Əfqanıstan vətəndaşı 2015-ci ildə Almaniyaya gələrək sığınacaq istəyib. O, 2018-ci ildən indiyə kimi Azərbaycan vətəndaşı ilə eyni yataqxanada yaşayırmış.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam