Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyalı S-400 mütəxəssisləri ABŞ-ın təzyiqi ilə Türkiyədən çıxarılıb? –AÇIQLAMA

“Türkiyədə S-400 zenit-raket komplekslərinə xidmət edən rus mütəxəssislər planlı şəkildə vətənlərinə dönürlər və heç bir qovulmadan söhbət gedə bilməz”.
Yenixeber.org: “TASS” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, mütəxəssislər türkiyəli kadrlara keçdikləri təlimləri tamamlayıblar:

"Oradakı bütün mütəxəssislərimiz planlı şəkildə vətənlərinə dönürlər. Türk kadrlara keçilən təlimlər tamamlanıb. Bunu bir növ qovulma və ya başqa bir şey kimi təqdim etmək tamamilə səhvdir".
Qeyd edək ki, Türkiyədəki S-400 mütəxəssislərinin Rusiyaya geri qayıtması xəbərləri yayıldıqdan sonra bir çox xarici mətbuatda onların ABŞ-ın təzyiqi ilə geri göndərildiyi iddia edilmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ rəsmiləri Türkiyəyə S-400-ə alternativ təklif etdiklərini açıqlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam