Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəlal Arutyunyan -Hadruta görə dindirildi

Cəlal Arutyunyan Hadruta görə dindirildi
Qarabağ separatçıları “müdafiə ordusunun” sabiq rəhbəri, general-leytenant Cəlal Arutyunyan dindirilib.

Yenixeber.org:  Erməni KİV-ləri xəbər verir ki, separatçıların qanunsuz hərbi birləşmələrinə rəhbərlik etmiş Arutyunyan İstintaq Komitəsində aparılan cinayət işi üzrə şahid qismində dindirilib.
Söhbət Cəlal Arutyunyanın əmri ilə Hadruta göndərilmiş 72 hərbçi ilə bağlı açılmış cinayət işindən gedir. Nəticədə həmin hərbçilər ya ölüb, ya da itkin düşüb. Bu iş çərçivəsində bölmə komandiri general-mayor Karen Arustamyana ittiham elan olunub.

Məlumata görə, 11 oktyabrda müharibə zamanı Cəlal Arutyunyanın əmri ilə Hadrut-Cəbrayıl istiqamətində hücumu dəf etmək üçün 72 nəfərlik batalyon göndərilib. İttihama əsasən, Arustamyan 72 hərbçi ilə görüşməli və onları öz komandanlığı altına almalı idi. Lakin Arustamyan bu ərazinin artıq Azərbaycan tərəfindən azad edildiyini bilərək hərbçiləri Hadruta göndərib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam