Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə ilə Rusiya -əməkdaşlıq sazişi imzalaya bilər

Türkiyə ilə Rusiya əməkdaşlıq sazişi imzalaya bilər

Rusiyanın “Roskosmos” Dövlət Fəza Agentliyi Türkiyə peyklərini Rusiya daşıyıcı raketləri vasitəsilə fəzaya çıxarmaq məsələsinə dair bu ölkənin hökumətilə danışıqlar aparır.

Yenixeber.org: “Sputnik” xəbər verir ki, bunu fəzaya qaldırma fəaliyyətləri ilə məşğul olan “Glavcosmos” təşkilatının rəhbəri Dmitriy Loskutov bildirib.

Onun dediyinə görə, danışıqlarda ticari məqsədli peyklərin fəzaya çıxarılmasına dair əməkdaşlıq sazişi imzalamaq istiqamətində müzakirə aparılır.

Qeyd edək ki, 2014-2015-ci illərdə Rusiyanın “Proton-M” raketləri vasitəsilə Türkiyənin “Turksat 4A” rabitə peyki fəzaya qaldırılıb.

Bundan əvvəl Türkiyə Fəza Agentliyi (TUA) sədri Sərdar Hüseyn Yıldırım Rusiya ilə yaxın vaxtlarda fəzada əməkdaşlıq sazişi imzalamaq niyyətində olduqlarını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam