Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İordaniyada -dövlət çevrilişinə cəhdin üstü açılıb

İordaniya Haşimilər Krallığının kralı II Abdullaha qarşı dövlət çevrilişi cəhdi ifşa edilib, bütün iştirakçılar həbs edilib.

Yenixeber.org: “Reuters” xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Aprelin 3-dən 4-nə keçən gecə ölkədə dövlət çevrilişinin qarşısı alınıb. Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid vəbütövlükdə 16-dək şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.

Qeyd edək ki, şənbə günü ölkə ordusu kralın ögey qardaşı şahzadə Həmzəni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra Şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.

Bu məsələnin İordaniyanın Yaxın Şərqdə sabit ölkə imicinə xələl gətirə biləcəyi güman edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam