Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etməsi -Ukrayna KİV-də geniş işıqlandırılıb

Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etməsi Ukrayna KİV-də geniş işıqlandırılıb

Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik “İskəndər” raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb.

Yenixeber.org: Ukraynanın “Ukrinform”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Gordon” nəşri, “BBC News”un Ukrayna bürosu, dialog.ua, podrobnosti.ua, dialog.ua, eurointegration.com.ua, asmedia.kiev.ua, charter97.org, vybir.media, stopcor.org saytları dərc etdikləri məqalələrində, nüfuzlu “1+1” və “İnter” telekanalları isə yaydıqları reportajlarda qeyd edirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanının “İskəndər” raketlərindən istifadəsini isbatlayan qalıqları nümayiş etdirib.

Raket qalıqlarının ANAMA tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında aparılan təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır.

Xəbərlərdə “İsgəndər” raketlərinin qalıqlarının fotoları da yer alıb. Həmçinin qeyd olunub ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb.

Yazılarda Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirib, bu faktın həqiqət olduğu qeyd edilib.

Bundan başqa, materiallarda Ukraynanın nüfuzlu blogerlərinin, hərbi ekspertlərinin sosial şəbəkələrdə Şuşa şəhəri ətrafında “İskəndər” raketlərinin qalıqlarının tapıldığı barədə fikirləri də yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam