Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Avropa və ABŞ ölümcül səhvlərə yol verdilər" -Qeyts

"Avropa və ABŞ ölümcül səhvlərə yol verdilər" -  Qeyts
“Microsoft” un qurucusu Bill Qeyts Avropa və ABŞ-ın koronavirus pandemiyasının ilk mərhələlərində ölümcül səhvlərə yol verdiyini hesab edir.
Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bu barədə Qeyts TVN kanalına müsahibəsində deyib. Qeyts bildirib ki, özü və digər şəxslər vəziyyətlə bağlı xəbərdarlıq edib, tövsiyələrini verirdilər.

"Az məbləğə tədbirlər hazırlayıb, problemin qarşısını almaq olardı. Ancaq təəssüf ki, tövsiyə edilənlər həyata keçirilmədi. PCR texnologiyası çox dəqiq test keçirməyə imkan verir və epidemiyanın başlanğıc mərhələsində kifayət qədər insan test edilsəydi, müsbət nəticə göstərənlər karantinə alınsaydı, bu qədər geniş bir kilidlənməyə səbəb olan eskalasiyadan qaçmaq olardı.

Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya kimi bir neçə ölkə bunu çox yaxşı bacardı. Təəssüf ki, Avropanın, Cənubi Amerikanın böyük hissəsi və ABŞ bunu etmədi və bunun əvəzini çox yüksək həddə ödədik".

Qeyts hesab edir ki, erkən mərhələdə sərmayə qoyulmalı idi, o zaman bu qədər maliyyə tələb olunmayacaqdı:

"Hətta epidemiya zərbə vuranda belə bu cür şansımız var idi, dünya liderləri buna əvvəlcədən hazırlaşsaydılar, heç olmasa doğru elm adamlarına müraciət etsəydilər, testlərin sayını artırıb, təcrid olunmaya diqqət etsəydilər, o zaman ölkələr bunun öhdəsindən daha yaxşı gələ bilərdilər", - Qeyts əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam