Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan -"Türkiyə 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək"

Ərdoğan: "Türkiyə 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək"

“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.

Yenixeber.org: Bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib.  

Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən Türkiyə Prezidenti Ermənistanın dövrü olaraq atəşkəsi pozduğunu xatırladıb: “Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb. Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçdi və biz qardaş ölkənin yanında yer aldıq. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu”.

Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam