Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Serbiyada dövlət çevrilişinə cəhd -Vuçiçin danışıqları dinlənilib

Serbiyada dövlət çevrilişinə cəhd:  Vuçiçin danışıqları dinlənilib
Serbiyanın baş naziri Ana Brnabiç prezident Aleksandr Vuçiçin qanunsuz dinləmələrini dövlət çevrilişinə cəhd adlandırıb.
Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, burada hakim partiyanın funksionerləri və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin Təhlükəsizlik Şurasının bazar günü axşam keçirilən iclasından sonra bildirib ki, dövlət başçısı və ailə üzvləri qanunsuz olaraq 1572 dəfə dinlənilib.

O, Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurlarının bununla əlaqəli olduğunu, işin və toplanan materialların prokurorluğun mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə verildiyini açıqlayıb.

"Serbiya prezidenti Aleksandar Vuçiçin danışıqlarının dinlənilməsi dövlət çevrilişinə cəhddir", - hökumət başçısı əlavə edib.

Onun sözlərinə görə, istintaq bütün mexanizmi araşdırıb, ortaya çıxarmalıdır. Baş nazir həmin şəxslərin məqsədinin Vuçiçi fiziki və ya başqa şəkildə aradan götürməklə, Serbiyada vəziyyəti gərginləşdirmək olduğunu deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam