Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tarixi görüş: Beş ildən sonra böyük bir heyət İstanbula gəlir

 

 Türkiyə və Yunanıstan xarici işlər nazirlikləri arasındakı araşdırıcı danışıqlar beş illik fasilədən sonra yanvarın 25-də İstanbulda keçiriləcək.

 Yenixeber.org: Görüşdə Egey dənizi ilə bağlı tərəflər arasındakı problemlər müzakirə olunacaq.

Görüşdən əvvəl açıqlama verən Yunanıstan Baş naziri Kiryakos Miçotakis İstanbula xoş niyyətlə gedəcəklərini bildirib.

Yunanıstan və Türkiyə arasında ilk araşdırıcı görüş 2002-ci ildə Ankarada iki ölkənin xarici işlər nazirlərinin köməkçiləri səviyyəsində baş tutub. Tərəflər arasında 2016-cı ilə qədər 60 görüş keçirilib. Sonuncu görüş olan 60-cı tur 2016-cı ilin martında Afinada təşkil edilib.

Bu tarixdən sonra o zamankı Yunanıstan Baş naziri Aleksis Çiprasın istəksiz münasibəti səbəbindən dayandırılan danışıqlar siyasi müşavirə formasında davam etsə də, araşdırıcı çərçivəsinə qayıda bilməyib.

Avropa Birliyi və bu ittifaqa üzv dövlətlərdən beş illik fasilədən sonra sabah bərpa olunacaq görüşlərə dəstək açıqlamaları verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam