Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Rusiya Dövlət Duması -Qarabağla bağlı bəyanat qəbul etdi

Rusiya Dövlət Duması Qarabağla bağlı bəyanat qəbul etdi
Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı bəyanat qəbul edilib.
Yenixeber.org: Sənəddə Rusiya parlamentariləri tərəfləri danışıqlara qayıtmağa çağırıb.

Dövlət Dumasının bəyanatında dərhal atəşkəsə ehtiyac olduğu, bölgədə gərginliyin qarşısının alınmasının vacibliyi vurğulanıb, vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığı qeyd olunub.

Rusiyalı deputatlar münaqişə zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıq ifadə edərək, tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırıb, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdır olduqlarını ifadə ediblər.

Dövlət Dumasının bəyanatı Rusiya Federasiyası Prezidentinə, Rusiya hökumətinə, Azərbaycan və Ermənistan parlamentlərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, KTMT PA, MDB PA, AŞPA və ATƏT PA-ya göndəriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam