Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Litvanın XİN rəhbəri -Lukaşenkoya cavab verdi

Litvanın XİN rəhbəri Lukaşenkoya cavab verdi
Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus Belarus Prezidenti Aleksandr Lukaşenkonun Litva və Polşa ilə sərhədlərin bağlanması barədə açıqlamalarının qeyri-adekvat olduğunu bildirib.
Yenixeber.org: XİN rəhbəri bu barədə Litva Milli Radio və Televiziyasına verdiyi müsahibədə danışıb.

"Ordunun yarısının ölkənin qərb sərhədinin qorunması üçün ora göndərilməsi ilə bağlı açıqlamalar verilib. Sanki burada bir şey təhdid edir, kimsə hücum edəcək. Bu, qeyri-adekvat adamın vəziyyətə qeyri-adekvat reaksiyasıdır".

Nazir qeyd edib ki, qonşu dövlətin iqtisadiyyatı iflas həddində olduğunda addımlar balanslı və məsuliyyətli şəkildə atılmalıdır, çünki bu, ölkənin özünə qarşı çevrilə bilər.

Qeyd edək ki, Aleksandr Lukaşenko Litva və Polşa ilə dövlət sərhədinin bağlanmalı, Ukrayna ilə isə sərhədin gücləndirilməli olduğunu açıqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam