Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı -FOTO
Kürdəmir rayonunun Sığırlı kənd orta məktəbində sarsıdıcı hadisə baş verdiyi iddia olunur. Verilən məlumatlara görə, məktəbin direktoru Mütəllim Mütəllimov şagirdə qarşı fiziki zorakılıq tətbiq edib. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Yenixeberorg.com: Məlumata görə, məktəb direktoru ilə şagird arasında yaranan münaqişə fiziki zorakılıqla nəticələnib. Zərərçəkən şagirdin 9-cu sinifdən yuxarı siniflərdə təhsil aldığı bildirilir. Hadisənin dərhal ardından məsələ barədə polisə məlumat verilib və iş hazırda polisdədir.
Hadisə ilə bağlı daxil olan bəzi iddialar isə vəziyyəti daha da gərginləşdirir. Belə ki, direktor haqqında başqa iddialar da irəli sürülür. Belə ki, Mütəllim Mütəllimovun əvvəllər də direktor vəzifəsində çalışdığı, lakin rüşvət və korrupsiya halları ilə əlaqədar işdən kənarlaşdırıldığı deyilir.
Bildirilir ki, direktorun yenidən vəzifəyə qaytarılmasında müvafiq təhsil sektorunun müdiri Rəfail Məmmədov böyük rol oynayıb və baş verən qanunsuzluqların "ört-basdır" edilməsinə şərait yaradılıb









AZ
RU
