Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabunçunun icra başçısı Operativ Qərargahın qoyduğu qaydaları pozur -VİDEO

 

 Bakıda supermarketlərdən birinin bir neçə şöbənin qanunsuz şəkildə bağlanması tələb olunub.
Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd edilib.

Söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən “Megastore” mağazalar şəbəkəsindən gedir.

Göndərilən məlumatda iddia olunur ki, ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iştirakı ilə ərazidə reyd keçirilib:

“Ötən gün mağazaya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev gəlmişdi. Çəkiliş apardılar. Bu zaman bizə qadağa olunduğu halda, nə üçün mağazada oyuncaq, tekstil şöbələrinin işlədiyi sual olundu.

Daha sonra isə həmin şöbələrin lentə alınması və bu şöbələrdə satışın dayandırılması tələb olundu. Bildirildi ki, növbəti dəfə bu məqam müşahidə edilərsə, cərimə tətbiq ediləcək. Bu barədə hüquqşünaslarımıza da məlumat vermişik. Xahiş edirik, məsələnin ictimailəşdirilməsinə kömək edəsiniz”.

Şikayət əsasında Baku TV-nin çəkiliş qrupu sözügedən mağazada olub və vəziyyətlə yerindəcə tanış olub.(oxu)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam