Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağıstandan daha 250 Azərbaycan vətəndaşı gətirilib

 Çərşənbə axşamı Kullar qəsəbəsində çadır düşərgəsində Vətənə qayıtmağı gözləyən daha 250 vətəndaş Dağıstandan Azərbaycana gətirilib.

Yenixeber.org: Azərbaycan vətəndaşları avtobuslarla “Samur” buraxılış məntəqəsindən keçirilərək gətirilib və Qusar rayonunda FHN-in karantin məntəqəsinə yerləşdirilib.

KİV-lərin məlumatına görə, karantin məntəqəsində çadırlarda eyni zamanda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb.

Karantində saxlanılan şəxslər qida, gigiyena vasitələri, yataq dəyişəyi ilə təmin ediliblər. Çadırlarda ventilyatorlar quraşdırılıb.

Dağıstanın Dərbənd rayonunun başçısı səlahiyyətlərini icra edən Fuad Şıxıyevin sözlərinə görə, 250 nəfər getdikdən sonra Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində hələ 500-dən çox Azərbaycan vətəndaşı qalıb. “Onların qaytarılması üzrə iş davam etdirilir, yaxın gələcəkdə daha bir qrupun göndərilməsi gözlənilir”, deyə TASS agentliyi Şıxıyevdən sitat gətirir.

Qeyd edək ki, vətəndaşlar Azərbaycana həftədə bir gün, çərşənbə axşamı günləri göndərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam