Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Sabunçuda “toxunulmaz” tikinti iddiası –İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?- VİDEO


Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən park ərazisində aparıldığı bildirilən tikinti işləri ətrafında ciddi suallar yaranıb. Redaksiyamıza daxil olan məlumatlara görə, ərazidə “Füzuli” adlı şəxs tərəfindən həyata keçirildiyi iddia olunan tikinti ilə bağlı jurnalist araşdırmasına mane olunmağa cəhd edilib.

Yenixeberorg.com: İddialara görə, tikinti aparılan əraziyə yaxınlaşan media nümayəndələrinə obyekt barədə məlumat verilmək əvəzinə, “bu obyekt elə bir adamındır ki, ona icra başçısı da söz deyə bilməz” kimi ifadələr səsləndirilib. Bu isə cəmiyyətdə haqlı olaraq suallar doğurur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkədə “toxunulmaz”, “əvəzolunmaz” şəxs yoxdur və qanun hər kəs üçün eyni tətbiq edilməlidir. Lakin Sabunçuda baş verən bu hadisə fonunda sakinlər və ictimaiyyət nümayəndələri sual edir:

Əgər doğrudan da heç kəs qanundan üstün deyilsə, bəs Sabunçu rayonunda kimlər bu qədər rahat şəkildə “icra başçısı belə söz deyə bilməz” mesajı verə bilir?

Ərazidə aparılan tikintinin hansı təyinat üzrə həyata keçirildiyi, aidiyyəti qurumlardan icazəsinin olub-olmadığı, park ərazisində hansı əsaslarla tikinti aparıldığı da hələlik açıq qalan məsələlər sırasındadır.

Məsələnin diqqət çəkən digər tərəfi isə jurnalist fəaliyyətinə maneə yaradılması ilə bağlı iddialardır. Qanunvericiliyə əsasən media nümayəndələrinin ictimai əhəmiyyətli məsələləri araşdırmaq hüququ var və bu fəaliyyətə müdaxilə yolverilməz hesab olunur.

İndi isə gözlər Sabunçu Rayon İcra Hakimiyyətinə, eləcə də aidiyyəti nəzarət qurumlarına çevrilib. İctimaiyyət aşağıdakı suallara aydın cavab gözləyir:

Park ərazisində aparılan tikintiyə kim tərəfindən icazə verilib?

Tikinti ilə bağlı şəhərsalma və memarlıq sənədləri mövcuddurmu?

Jurnalistlərin araşdırmasına mane olduğu iddia edilən şəxslər barədə tədbir görüləcəkmi?

“İcra başçısı belə söz deyə bilməz” deyilən həmin nüfuz sahibi kimdir?

Mövzunu diqqətdə saxlayacağıq.

Bntv.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam