Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi-FOTOLAR
Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.
Yenixeberorg.com: Həmin hadisədən sonra “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus və iş adamının oğlu Raminin adına verdiyi sözügedən şadlıq sarayının adını dəyişdirilib.
Həmin yoxlamadan sonra ictimaiyyət arasında camış ətini dana əti adı ilə istehlakçılara təqdim restoran kimi tanınan “Ramin-Nur” şadlıq sarayı artıq “Nova Events Hall” adı ilə fəaliyyət göstərir.
Qeyd edək ki, dünən də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m 33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib.
Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb. /Qaynar/










AZ
RU





