Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azəraqrar”da qalmaqallı təyinat -Haqqında cinayət işi açılan vəzifəyə gətirildi

Çərkəz Şirinovun rəis müavini təyin edilməsi Məcnun Məmmədovdan gizlin olub

Yenixeberorg.com: Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında qalmaqalların səngimədiyini bildirmişdik.

Yenxeberorg.com: Yaxın günlərdə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin direktor Hikmət Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliklərinə start verəcək.

Bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifəyə qaytarılması gözlənilir.

Bizimesr.com-un əldə etdiyi məumata görə artıq kadr dəyişikliyinə start verilib. Belə ki, vaxtı ilə korrupsiyaya görə işdən çıxarılan və haqqında rəsmi cinayət işi açılan Çərkəz Şirinov “Azəraqrar”ın Qarabağ regional İdarəsinin rəis müavini təyin edilib.

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinovun təyinatı nazir Məcnun Məmmədovdan gizlin həyata keçirilib və gizlədilib.

Hazırda “Azəraqrar”da kadr təyinatlarına direktor Hikmət Hüseynovun müavinləri Həsən Abdullayevlə və Fəxrəddin Qəhrəmanov nəzarət edir.

Bildirilirdi ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olduqlarını tez-tez xatırlatmaqla direktor Hikmət Hüseynovu təsirləri altında saxlayırlar.

Məlumata görə Çərkəz Şirinovun rəis müavini təyin edilməsi müavin Həsən Abdullayevin “səyləri” nəticəsində baş verib.

Məsələilə bağlı araşdırmamız davam edir.

Bizimesr.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam