Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BU QURUMDAKI “QOHUM ŞƏBƏKƏSİ” TƏMİZLƏNİR –Yeznəsi, əmisi oğlu, xalası oğlu…


Bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.

Yenixeberorg.com: AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin gəlişi ilə başlayan kadr islahatları çərçivəsində bir sıra vəzifəli şəxslərə, xüsüsən də sabiq sədr Saleh Məmmədovla qohumluq bağlarına məxus şəxslər qurumdan uzaqlaşdırılır.

Ötən gün dərc etdiyimiz xəbərdə də Avtomobil Yollarının Mühafizəsi Xidmətində bəzi rəislərin işdən çıxarıldığı deyilirdi. Onların AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov, həmçinin onun müavinləri (Əvəz İlyas oğlu Qocayev, Hüsnü Ələkbər oğlu Quliyev ) və digər yüksək vəzifəli şəxslərə bağlı olan adamlar olduğu deyilir.
Qeyd olunur ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Həbib Əliyev Saleh Məmmədovun yaxın adamı olub. İşdən çıxarılan xidmətin digər rəis müavini Eyyub Həsənov isə general-polkovnik Bəylər Eyyubovun xalası oğludur.Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi vəzifəsdindən azad edilən Coşqun Qarayev “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur.

İşdən çıxarılan 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun dayısıdır. Səftər İsmayılov özü də vəzifəsindən azad olunması ilə bağlı Vüsal Nəsirliyə ərizə ilə müraciət edib.

“1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin rəhbəri Dilavər Həmzəyev sabiq sədr Saleh Məmmədovun yeznəsidir. MMC ötən həftə ləğv edildiyinə görə Dilavər Həmzəyev işini itirib.
Saleh Məmmədovun vəzifədə olan qohumları arasında – əmisi oğlu, “Bakı 1 №-li Yol İstismarı” MMC-nni rəisi Həmzəyev Zaur Oktay oğlu, xalası oğlu, “10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Araz Bəndəliyev, qardaşı oğlu, “9 saylı Yol İstismarı” MMC-nin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, digər bacısı, “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, kürəkəni, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev də var.

Onların da vəzifələrindən uzaqlaşdırıldığı deyilir.

Həmçinin vəzifələrindən uzaqlaşdırılan şəxslərdən bəzilərinin Azərbaycanda və xaricdə dəyəri milyonlarla manat olan mülklərə sahib olduğu da iddia olunur.

“Qaynarinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam