Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kəmaləddin Qafarovun başı biznəsə qarışıb:Milli Onkologiya Mərkəzində xəstə niyə intihar edib?

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış baş verib. Məlumatlara görə, partlayış otaqların birində baş verib. Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

Yenixeberorg.com: Milli Onkologiya Mərkəzi Azərbaycanda onkoloji xəstələrin müalicə aldığı əsas tibb ocaqlarından biridir. Bu mərkəz ən müasir avadanlıqlarla təchiz olunub və rəhbərliyin nəzarəti altında ciddi işlər görülür.

XALQ xəbər verir ki, dəfələrlə Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışan deputat Kəmaləddin Qafarovun fəaliyyəti ilə bağlı mərkəzdə ciddi narazılıqların olduğu diqqət çəkib. Mərkəzin ümumi fəaliyyətinin zəifləməsi və işinə təsir etməsi ilə bağlı iddialar da səsləndirilib

Təbii ki, bu kimi mərkəzlərdə rəhbərlik ümumi işə nəzarət edir. Müavin isə bütün məqamlara nəzarət edib problemlərin həllinə cavabdeh olur. Lakin Kəmaləddin Qafarovun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər Milli Onkologiya Mərkəzində bəzi problemlərin yaranması ilə əlaqələndirilə bilər.

Baş direktor müavini vəzifəsində çalışan Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzindəki qaydaları, narazılıqları aradan qaldırmaq üçün çalışmaq əvəzinə dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Bütün fəaliyyətini biznesə yönəldən Qafarov görünür mərkəzin fəaliyyətinə, oradakı problemlərə lazımi vaxt ayıra bilməyib və nəticədə belə faciə baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə baş vermiş hadisə qazninin intiharı kimi iddia olunur.

Ətraflı məlumat veriləcək…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam