Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəsimi Əsədov fenomeni: Böyük yeyintinin müəllifi... -xalqa xidmətə çatanda niyə “balaca adam”ı

Dövlət “Laçını abad et” dedi, o isə özünə “Lexus” aldı, qoşa villa ucaltdı...
"Son günlər ölkə mediasında Laçın Abadlıq Xidmətinin rəisi Nəsimi Əsədovun qanunsuz əməlləri, habelə, qaranlıq yollarla əldə etdiyi böyük sərvətlər haqqında maraqlı məlumatlar yer almaqdadır. Uzun illərdir ki, Bakı Abadlıq Xidmətinin direktor müavini kimi büdcə pullarına qənim kəsilən, yalnız özünə deyil, bütün nəsil-nəcabətinə “gün ağlayan” Nəsimi Əsədov, hazırda Laçını soyub soğana çevirməkdədir".
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Sadə görünüşü ilə böyük pulları səssizcə və “təvazökar şəkildə” yeyən Nəsimi Əsədov, xalqa münasibətdə də qeyri-səmimi mövqe sərgiləməkdədir. Böyük yeyinti müəllifi olan bu şəxs Laçın sakinlərinin ehtiyaclarını ödəmək, onları narahat edən problemlərin həllindən canını qurtarmaq üçün olduqca hiyləgər taktika sərgiləyir. Belə ki, Nəsimi Əsədov ondan hər hansı məsələ ilə bağlı köməklik istəyən Laçın sakinlərinə “balaca adam” olduğunu, qərar vermək üçün heç bir
real yetkiyə malik olmadığını bildirir. Bununla da, Xidmət rəisi sadəcə bugünkü deyil, gələcək problemlərdən də “canını qurtarır”, bütün gücünü və zamanını büdcə pullarının mənimsənilməsinə sərf edir.
Dövlətin pulunu Ərəbzəngi kimi cibinə axıdan Nəsimi Əsədovun xalqa xidmətə çatanda məzlumi binəvaya çevrilməsi vətəndaşlar tərəfindən haqlı olaraq narazılıqla qarşılanmaqdadır. Laçıln sakinləri ümid edir ki, əlaqədar qurumlar Nəsimi Əsədovla bağlı məsələni araşdıracaq, onun qanunsuz yollarla əldə etdiyi milyonlarla manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunacaq".(Dia-az.İnfo)
DAVAMI OLACAQ... Bizi izləyin...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam