Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir -FOTOLAR

 

Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” artıq dörd mövsümdür ki, böyük maraqla davam edən və 300-ə yaxın komandanın iştirak etdiyi Kudos intellektual-əyləncəli quiz oyunlarına dəstəyini davam etdirir. Son iki mövsümdə “Nar” bu oyunlarda qalib gələn komandaları dəyərli hədiyyələrlə mükafatlandıraraq, intellektual fəaliyyətin təşviqinə öz töhfəsini verir.

Yenixeber.org: Qeyd edək ki, “Nar” ölkədə intellektual potensialın artırılması üçün müxtəlif layihələrə dəstək olmağı prioritet hesab edir. Kudos oyunlarına verdiyi dəstək də bu strategiyanın bir hissəsi olaraq, gənclərin bilik və bacarıqlarını genişləndirmələrinə şərait yaradır və onların intellektual inkişafını stimullaşdırır. “Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam