Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Suraxanı rayonu 24 saylı şəhər poliklinikasında arayış 40 manata satılır? -İDDİA

Poliklinikalarda “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

Poliklinikalarda “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

Yenixeber.org: Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Hər il olduğu kimi bu il də birinci sinfə və məktəbəhazırlıq qruplarına şagird qəbulu davam edir. Valideynlərdən tələb olunan sənədlər arasında uşağın sağlamlığı haqqında tibbi arayış da (forma 26U) yer alır.

Bunun üçün valideynlər azyaşlının qeydiyyatda olduğu poliklinikalara müraciət etməli və lazımi müayinələrdən keçərək arayış əldə etməlidirlər. 
 Uşaqlara tibbi arayış pulsuz verilsə də, bəzi valideynlər bizə müraciət edərək onlardan arayış üçün 40 manat tələb edildiyini yazırlar. Valideynlər iddia edirlər ki, Suraxanı rayonu 24 saylı şəhər poliklinikası hər arayışa görə valideynlərdən 40 manat alır. 

Məsələ ilə bağlı sözügedən tibb müəssisəsi ilə əlaqə saxladıq. 24 saylı şəhər poliklinikasından məlumatı təkzib edib, arayışın tamamilə pulsuz verildiyini bildirdilər:
“Bizdə işə girmək üçün verilən sağlamlıq haqqında arayış 40 manatdır. Uşaqlar üçün pulsuzdur. Bu qədər valideyn gəlir, hamı da pulsuz keçir. Uşaqlar qan, sidik analizi verirlər, UZİ -dən keçirlər, nevropotoloq, cərrah qəbulunda olurlar. Əgər hansısa həkim məzuniyyətdədirsə, valideyn başqa poliklinikaya yönləndirilir”.
Xatırladaq ki, qanunvericiliyə görə 18 yaşa qədər uşaqların bütün növ arayışları, həmçinin, hərbi xidmətə çağırılanların müayinəsi pulsuz, icbari tibbi sığorta təminatındadır. Sürücülük vəsiqəsi almaq və işə qəbul zamanı tələb olunan tibbi arayış isə ödənişli, yəni 40,12 AZN təşkil edir.(Bizim.media)

Günay Şahmar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam