Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi:Ümid edirik və inanırıq ki,...

Həbsdə olan jurnalistlər İlqar Atabəyli və Sənan Həsənoğlu Prezdient İlham Əliyevə müraciət edib.

Yenixeber.org: Bu barədə redaksiyamıza jurnalistlərin yaxınları bildirib.
İlqar Atabəyli və Sənan Həsənoğlu müraciətlərində may ayında gözlənilən əfv sərəncamının onlara da şamil olunmasını xahiş edirlər: “Cənab Prezident, artıq 3 ilə yaxındır ki, həbsdəyik. Ailəmizin yeganə qazanc gətirəni bizik. Bu müddət ərzində ailəmiz xeyli çətinliklər yaşayıb və yaşamaqdadır.

Cənab Prezident, Sizin humanist bir şəxs olduğunuz sirr deyil. Demək olar ki, hər il təqmivin əlamətdar günlərində əfv sərəncamı imzalayırsınız. Yüzləlrə insana, ailəyə sevinc bəxş edirsiniz. Bu il də əfv sərəncamı imzalayacağınız barədə məlumatlar yayılıb. Biz də Sizin humanistliyinizə sığınıb bu sərəncamdan yararlanmaq istəyirik. Ümid edirik və inanırıq ki, bu dəfə bizə və ailəmizə belə bir sevinc qismət olacaq”.

Xatırladaq ki, Sənan Həsənoğlu vaxtilə AzTV-də və digər televiziya kanallarında Qarabağ bölgəsi üzrə müxbir vəzifəsində çalışıb və 2016-cı ilin “Aprel döyüşləri” zamanı bu şəxsin fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi də qiymətləndirilib.

İlqar Atabəyli isə, media cameəsində özünün istedadı, bacarığı, yüksək potensialı və s. ilə ad-san çıxaran qələm əhli olaraq tanınıb. Ailənin yeganə qazanc gətirəni olan Sənan Həsənoğlu, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmaqla bərabər, həbs olunduğu vaxta qədər ağır cərrahi əməliyyat olunub və ürək nahiyəsinə 7 ədəd stend də qoyulub. İlqar Atabəyli də oxşar qaydada ailənin yeganə qazanc gətirəni olub və onun himayəsində azyaşlı övladları var ki, onlardan biri ağır xəstədir.(Reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam