Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Polietilen torbalardan istifadə kəskin AZALIB

Hər gün daşıma vasitəsi kimi istifadə etdiyimiz polietilen torbalar təbiət üçün böyük təhlükə mənbəyidir. Çünki onlar çürümədən təbiətdə yüz illərlə qalır. Ümumiyyətlə plastik tullantıların təbiətdə tam çürümə prosesi getmir. Üstəlik bu cür paketlər daha az mikronlu, daha nazik olduğu üçün külək vasitəsilə daha geniş ətrafa yayılır. Hətta su hövzələrini, sututarları, torpaq qatını çirkləndirir. 

Yenixeber.org:  Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

“Ölkəmizdə plastik tullantı və polietilen torbaların zərərlərinə qarşı tədbirlər planı çərçivəsində mərhələli işlər həyata keçirilib. Beynəlxalq təcrübə öyrənilib, qanunvericilikdə dəyişiklik edilib. 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsi, istehsalı qadağan olunub. Buna görə cərimələr də nəzərdə tutulur. Eyni zamanda, Nazirlər Kabinetinin Qərarına əsasən daşınma vasitəsi kimi marketlərdə kassalarda verilən qalınlığı 15-50 mikrona qədər olan torbaların ödənişli əsaslarla verilməsi qərara alınıb. Bu il fevralın 15-dən həmin qərarın icrasına başlanılıb. Polietilen torbalar ödənişli olduqdan sonra ondan daha az istifadə olunmasına başlanılıb. Müşahidələr göstərir ki, polietilen torbalardan istifadə 40 faizdən 80 faizə qədər azalıb. Vətəndaşlara çağırış edirik ki, polietilen torbalardan minimum istifadə etsin, ekoçantalara üstünlük versinlər. Bunlara parça və kağız torbalar, həsir çantalar aiddir. Bundan əlavə, çoxistifadəli çantalar istifadə edilə bilər. Bununla da hər kəs bacardığı qədər təbiətə töhfəsini vermiş olar”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam